Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdırlar” - FOTO/VİDEO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə haşiyə paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
Prezidentin köməkçisi paylaşımında qeyd edib:
“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında bildirilib:
“Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.

Money Talks! All anti-Azerbaijani pro-armenian lobbyists and politicians in the United States and Europe need to be further investigated.
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 27, 2023
"Sen. Bob Menendez’s wife sold $400K in gold bars months before his office admitted he was facing federal probe"https://t.co/itYeHuhgKU pic.twitter.com/5X45jyOztM
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Akif Çağatay Kılıç ilə strateji müttəfiqlik münasibətlərini müzakirə edib
- Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edib
- Hikmət Hacıyev Hakan Fidan ilə görüşüb
- Benyamin Netanyahu Hikmət Hacıyevi qəbul edib
- Hikmət Hacıyev Azərbaycan Televiziyasının yaradılması günü ilə bağlı paylaşım edib