Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hikmət Hacıyev: “Azərbaycan torpaqları Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir” - FOTO
“Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri İrəvan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
“Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında uşaqlarla yanaşı, mülki şəxslər də var”, - deyə o bildirib.
4 April - International Day for Mine Awareness and Assistance in Mine Action
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 4, 2024
As a result of Armenia's 30 year long military occupation, liberated territories of Azerbaijan are densely contaminated with the landmines by Armenia.
Mines, explosive remnants of war, and improvised… pic.twitter.com/BUNw5Z46Nq