Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
"Tərəflər, həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib, bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar".
ABU DHABI (WAM)
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 15, 2026
Met with Dr. Anwar Gargash, Diplomatic Adviser to the UAE President in Abu Dhabi.
The meeting discussed ways to strengthen bilateral relations between the two countries across various fields, as well as issues of mutual interest.
The two sides also reviewed… pic.twitter.com/Ol0fINUskP