"Azərbaycan və Çin arasında dostluq və tərəfdaşlıq əlaqələri mövcuddur".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, bu münasibətlər Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında inkişaf edir:
"Bu gün Azərbaycan-Çin əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Xüsusən iqtisadi-ticarət sahəsində 40 faiz artım müşahidə olunur. Həmçinin nəqliyyat sahəsində əlaqələr diqqətəlayiqdir - Azərbaycan üzərindən keçən və Türkiyənin də daxil olduğu Orta Dəhliz vasitəsilə Çin mallarının daşınması artır. Siyasi baxımdan da Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyiblər".