Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberməkan idarəetmə naziri Çjuan Junvenlə görüşüb.
Oxu.Az xəbər verir ki, H.Hacıyev bu barədə özünün "X" sosial şəbəkəsində yazıb.

Görüş Çinlə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində baş tutub.
H.Hacıyev və Ç.Ronqven rəqəmsal inkişaf, sosial media, dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq mövsusunda müzakirələr aparıblar.
Qaynar xətt:
(055) 224 12 12