Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfərindən video paylaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik", - deyə paylaşımda qeyd olunub.
We are visiting Karabakh together with members of the diplomatic corps. Our trip began with a visit to the Khojaly Genocide Memorial. We cannot close our eyes to certain memories of the past. We paid our deepest respects to the cherished memory of the victims of Khojaly. pic.twitter.com/16QWVyA4LF
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 1, 2026