Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hikmət Hacıyev: "Ermənistan tərəfindən ciddi dezinformasiya kampaniyaları hələ də davam edir"
"Qarabağ müharibəsi zamanı dezinformasiya var idi. Xüsusilə, erməni mənbələri tərəfindən süni şəkildə yaradılmış təsvirlər istifadə edildi".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.
"İnformasiya müharibəsi və ciddi dezinformasiya kampaniyaları Ermənistan tərəfindən hələ də davam edir", - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev, həmçinin söyləyib ki, süni intellekt Azərbaycan hökumətinin prioritetləri sırasındadır:
"Dövlət xidmətləri, yaxşı idarəetmə, təhsil sistemi, media və diplomatiya süni intellektin Azərbaycana fayda verəcəyi ilk sahələrdir".
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
- Hikmət Hacıyev: "Azərbaycan Rusiya qazını Qərbə satmır"
- PA rəsmisi: "Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir"
- Hikmət Hacıyev: "Suriyanın əvvəlki rejimi beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı"