Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "İlham Əliyev peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib"
"Azərbaycan Prezidenti İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib".
"Report"un verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.
"Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək hallarından bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında peşəkar medianın böyük rolunu həmişə yüksək qiymətləndirib", - Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, ölkənin media resursları "Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini media etikasının prinsiplərinə söykənərək yorulmadan davam etdirməkdədirlər".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- "Əziz qardaşım", "Dostluq körpüsü", tarixi bağlar: Azərbaycan-İran münasibətlərində yeni SƏHİFƏ
- ADSEA-ya Naxçıvanda əlavə səlahiyyət verildi
- Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu