Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəsmi "X" hesabı məlumat paylaşıb.
Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.
NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Səfər çərçivəsində Hikmət Hacıyevin həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.
Assistant to the President of the Republic of Azerbaijan - Head of the Department of Foreign Policy Affairs of the Presidential Administration of the Republic of Azerbaijan, Mr. Hikmat Hajiyev (@HikmetHajiyev) has made a visit to @NATO HQ.
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) May 22, 2025
Within the framework of his visit, Mr.… pic.twitter.com/0aQgQeC5Uz
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım edib
- PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli AÇIQLANDI
- Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa səfəri ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə
- Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib