Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı paylaşım edib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Hikmət Hacıyev öz "X" hesabında videogörüntülər dərc edib.
"Azərbaycan-Ermənistan sərhədinə qədər Zəngəzur dəhlizi tamamlanmaq üzrədir. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması üçün səylə çalışır!" - deyə o, paylaşımda bildirib.
Zangazur Corridor comes to final completion towards Azerbaijan-Armenia border. Azerbaijan is doing its hard work on the ground to establish regional transport and logistics connectivity!!! pic.twitter.com/DW6KKqEUMT
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 31, 2025