Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalına müsahibəsində ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib:
"Bu sanksiyalar 2001-ci ildə ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşıb
- İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
- Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı