Azərbaycan Prezidenti İlham Əliyev Anar Camal oğlu İsgəndərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Anar Camal oğlu İsgəndərov ordenlə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə təltif edilib.