Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin baş müşaviri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğulayıb.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə uğurla təşkil edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq məsələlərini qeyd edib.
Məhəmməd Yunus Azərbaycan Prezidentini Banqladeşə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Azərbaycanın COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına toxunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın ASAN və DOST təcrübəsinin Banqladeş ilə bölüşməsi məsələsi qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
Bununla bağlı AZƏRTAC xəbər yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev AMB sədrinə birinci müavin və müavinlər təyin etdi
- Mərkəzi Nəbatat Bağı bu gündən əhali üçün açıqdır
- Azərbaycanda yeni sənaye parkı yaradılır - FƏRMAN
- Rabitə və informasiya texnologiyaları sahəsi üzrə bir qrup şəxs təltif edildi
- Prezident Azərbaycan Könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb