Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev: Bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır
Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda “Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək:
“Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır.
Sevindirici hal ondan ibarətdir ki, “Qobu-1” və “Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan “Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir.
Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.
Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır.
Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilib.
Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.
İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- İlham Əliyev bir qrup sumqayıtlını təltif etdi - SƏRƏNCAM