Azərbaycan prezidenti İlham Əliyev Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, E.İbrahimov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Qeyd edək ki, hazırda E.İbrahimov Milli Məclisin deputatıdır.
İlham Əliyevin digər bir sərəncamı ilə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib.