Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mədəniyyət mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Artist”
Əsgərov Mübariz Səməd oğlu
Nəcəfov Tural Nüsrət oğlu
“Əməkdar Mədəniyyət İşçisi”
Məmmədov Nizami Tahir oğlu
“Əməkdar Müəllim”
Əfəndiyeva Nüşabə Yusif qızı