Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Əliyev FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi
"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişiklik "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədardır.
Yeni qanunla "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
- Prezident İlham Əliyev Böyük Britaniya kralını təbrik edib
- Xankəndidə 37 ildən sonra "Son zəng" çalındı
- Fyodr Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsinə görə İlham Əliyevə təşəkkür edib
- Prezidentin 1,5 milyon manat ayırdığı yolların yenidən qurulmasına başlanıldı