Azərbaycan prezidenti İlham Əliyev İrlandiyanın prezidenti Maykl Higginsi milli bayram münasibətilə təbrik edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram”.