Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfərə gedib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də İtaliya Respublikasına rəsmi səfərə gedib.
Romanın beynəlxalq hava limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.