Azərbaycan prezidenti İlham Əliyev Lidiya Qranovskayaya “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, fəxri ad Lidiya Qranovskayaya Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə verilib.