Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Devid Livinqtonu qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirilib.