Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, İlham Əliyevə “2013-cü ilin adamı” mükafatı təqdim olunub.
Prezident ona təqdim olunan bahalı saat mükafatını qoluna taxa bilməyəcəyini deyib:
“Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.