Azərbaycan prezidenti İlham Əliyev Ziyad Səmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən Ziyad Səmədzadə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Hüseynbala Mirələmov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.