Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfərə gedib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Minsk Milli Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.