Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev həmkarını Misirin milli bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ikitərəfli və çoxtərəfli qaydada inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.