Azərbaycan Prezidenti İlham Əliyev məşhur Rusiya rejissoru Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin”.