Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Respublikasının Prezidenti Ram Baran Yadavanı təbrik edib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram”.