Azərbaycan prezidenti İlham Əliyev Tahir Süleyman oğlu Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, T. Süleymanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.