Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev Prezident Administrasiyasına rəhbər təyin etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə S.Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Qeyd edək ki, Ramiz Mehdiyev oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub.
Samir Nuriyev buna qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.