Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus İohannisə Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğınla bağlı başsağlığı verib.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.