Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev Türkiyə və Qazaxıstanla imzalanmış sazişləri təsdiq edib
Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
Dövlət başçısı digər bir Fərmanı ilə həmçinin Azərbaycanla Qazaxıstan arasında imzalanmış sazişi də təsdiqləyib.
Prezident İlham Əliyevin fərmanına əsasən, 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"
- Prezident: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"
- Prezident: "Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir"
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub