Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
10:40
Prezident İlham Əliyev bu gün Türkiyə prezidenti Abdullah Gül ilə görüşəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Muğla vilayətinin Bodrum bölgəsində 4-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.
Türkiyə prezidenti Abdullah Gülün rəhbərliyi ilə keçiriləcək olan zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir. Zirvə görüşündə sözügedən ölkələrin xarici işlər və mədəniyyət nazirləri də iştirak edəcək.
Prezidentlər və nazirlərin görüşündən sonra zirvə toplantısı başa çatacaq.