Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”
“Biz ümid edirik ki, UNESCO missiyası gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib.
“Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı daha sonra bildirib:
“Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- İlham Əliyev bir qrup sumqayıtlını təltif etdi - SƏRƏNCAM
- Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi