Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü bir o qədər təhlükəsiz hiss edəcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, TRT verdiyi məlumata görə, bunu Ankarada rəsmi səfərdə olan prezident İlham Əliyev bildirib.
Türkiyəli həmkarı Abdullah Gül tərəfindən “Dövlət nişanı” ilə təltif olunan İ.Əliyev çıxışda deyib:
“Bu gün mənim üçün tarixi gündür. Bu nişan mənim üçün şərəfdir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiqdir. Biz istəyirik ki, bizim birliyimiz əbədi, sarsılmaz olsun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.