Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri noyabrın 18-də başa çatıb.
Oxu.Az-ın AzərTAc-a istinadən xəbər verir ki, Parisin Orli beynəlxalq aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
17.11.2015 09:15
Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.