Azərbaycan Prezidenti İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib.
Azərbaycanın İqtisadiyyat Nazirliyinə investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etmək tapşırılıb.
Bundan başqa, fərmana əsasən, təsdiqlənmiş edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidləri İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müəyyənləşdirilərək Prezidentə məlumat veriləcək.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görmək tapşırılıb.