"Biz müxtəlif səviyyələrdə Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik".
Oxu.Az xəbər verir ki, bu fikirləri İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Səfadin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sözügedən sahələr ticarət, investisiya və başqa sahələrdir:
"Həmçinin biz Azərbaycanı sülh prosesi münasibəti ilə təbrik edirik. Bu, region üçün əsasdır. Sülh və stabillik olmalıdır. Mən şadam ki, Azərbaycan kimi güclü və inkişaf edən ölkənin paytaxtındayam. Bundan başqa, biz Fələstin məsələsini müzakirə etdik. Donald Trampın Fələstinlə bağlı planına da dəstək ifadə edirik. Biz istəyirik ki, Azərbaycan bu məsələdə dəstəyini bundan sonra da davam etdirsin".