Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İran quru sərhədlərini hasarlamağa hazırlaşır - FOTO
İran quru sərhədlərinə hasar çəkməyə hazırlaşır.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandanı Kiyumars Heydəri bəyan edib.
O, İranın mehriban qonşuluğa həmişə hörmətlə yanaşdığını, heç vaxt qonşu ölkələri təhdid etmək, onların ərazisinin bir qarışını belə zəbt etmək və ələ keçirmək niyyətində olmadığını bildirib.
“Amma davamlı təhlükəsizliyin təmin edilməsi İran silahlı qüvvələrinin çiyinlərində duran missiyadır. Bu, bəzən dron, ya kameralarla, bəzən də fiziki mövcudiyyət və sərhədlərdə divar çəkilməsi ilə həyata keçirilir”, - deyə o bildirib.
Heydəri vurğulayıb ki, sərhədlərdə təhlükəsizliyin necə qorunacağı məsələlərinə İran dövləti qərar verir.
“Biz sərhədlərimizi çəkmək istəyirik və bunu da həyata keçiririk. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Çünki bütün ölkələrdə öz səlahiyyəti və planı əsasında sərhəd çəkmək adi haldır”.
"İran" teqi üzrə xəbərlər
- İran sakinləri prezidentə müraciət etdilər: "Yoxsulluğun son mərhələsindəyik"
- İranda qorxunc qəza: Buldozer dərəyə aşdı, sürücünün taleyi bilinmir
- İranda yeni doğulan uşaqların alverində şübhəli bilinən üç nəfər həbs edildi
- İranda sünni din xadimi saxlanılıb: Naməlum yerə aparılıb
- Türkiyə və Türkmənistan qaz tranziti ilə bağlı razılıq əldə edib