İranın Azərbaycandakı səfirliyi Azərbaycandakı növbədənkənar prezident seçkisinin uğurla keçirilməsi və ilkin nəticələrə görə İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə paylaşım edib.
Bu barədə səfirliyin “X” hesabında qeyd edilib.
“Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsi və cənab Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan İran və Azərbaycanın münasibətlərində yeni səhifə açılacaqdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
🇮🇷nın 🇦🇿dakı səfirliyi prezident seçkilərinin uğurla keçirilməsi və cənab @azpresident yenidən 🇦🇿 Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan 🇮🇷 və 🇦🇿 münasibətlərində yeni səhifə açılacaqdır.
— IRAN Emb. in R.Azerbaijan (@IRANINBAKU) February 7, 2024