Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda din xadimi azərbaycanlılara qarşı ciddi ayrı-seçkiliyə kəskin etiraz etdi
İranda din xadimi azərbaycanlılara qarşı ciddi ayrı-seçkiliyə kəskin etiraz edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi açıq şəkildə bəyan edib ki, İran dövlət teleradiosu Azərbaycan türklərini sıxışdırır, təyyarədə sərnişinləri Azərbaycan dilində salamlayanlar təhqir olunur.
O bildirib ki, İran Televiziya və Radiosu paniranistlərin əlində cəmləşib və onlar məqsədli şəkildə Prezident Məsud Pezeşkianı da türk olduğu üçün təhqir edirlər.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar