Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İrandakı terrorun detalları: Terrorçu diplomatların yaşadığı mənzillərə atəş açıb - FOTO/VİDEO
“Azərbaycanın İrandakı səfirliyinin müşahidə kameralarının vasitəsilə səfirliyimizə edilmiş terror hücumu qeydə alınıb. Terrorçu səfirliyin binasına daxil olduqdan iki dəqiqə sonra İran polisləri səfirliyin önünə gəliblər. Lakin onlar hadisəyə müdaxilə etməyiblər”.
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçunun üzərinə atılaraq ona müqavimət göstərib.
“Lakin terrorçu gödəkcəsindən tapança çıxararaq Vasif Tağıyevə atəş açıb. Vasif Tağıyev çənəsindən yara alıb”, - deyə Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, terrorçu çölə çıxıb, səfirlikdə yaşayan Azərbaycan diplomatlarının yaşadıqları binaya dalbadal atəş açıb.
Ayxan Hacızadə qeyd edib ki, terrorçu istəyinə çatmadığını gördükdə “Molotov kokteyli” atıb.
“Bütün bunlar zamanı İran polisi heç bir müdaxilə etməyib. Vasif Tağıyev terrorçuya müqavimət göstərməkdə davam edib”, - deyə Ayxan Hacızadə əlavə edib.
XİN rəsmisi qeyd edib ki, İran polisinin terrorçuya müdaxilə etməməsi terrorun planlaşdırılmış olduğunu göstərir.
Daha çox foto burada: PhotoStock.az
Aqşin Kərimov
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Rəsmi Bakı ABŞ dövlət katibi Antoni Blinkenin qərəzli bəyanatını rədd edib
- Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir