Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İrandan nota fırıldaqçılığı
Beynəlxalq qəbul edilmiş qaydalara görə, diplomatik notalar protokola uyğun olaraq həftənin iş günləri göndərilir. Lakin rəsmi İran bu dəfə də növbəti addımı ilə sivil dünyadan kənarda qaldığını bir daha nümayiş etdirdi.
Belə ki, İran Xarici İşlər Nazirliyi aprelin 1-də, yəni şənbə günü Azərbaycana diplomatik “nota” göndərib. Ya rəsmi İran protokol qaydalarından bixəbərdir, ya da bilərəkdən yalandan “nota” göndərir.
Məsələnin digər maraqlı tərəfi budur ki, Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir və müvafiq olaraq səfirimiz orada yoxdur. Belə olan halda sual yaranır: İranlılar notanı necə göndəriblər?
Tehrandakı molla rejimin öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeritdiyi çoxdan bilinən məsələdir. Bu siyasət uzun müddətdir aparılır.
Belə ki, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycana qarşı təhqiredici Səhər TV telekanalı yaradıblar. Bu sadalanan və digər faktlar İran mediasının plüralizmdən nə qədər uzaqda olduğunu göstərir.
Azərbaycan mediası isə əksinə, özünün prüralizmi ilə seçilir. Ən əsası odur ki, plüralizmin hökm sürdüyü Azərbaycan mətbuatında bu gün Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. İranda isə bu sarıdan vəziyyət yumşaq desək, tam fərqlidir.
Buna baxmayaraq, vətənpərvər Azərbaycan mediası İranın bütün yalan və böhtanlarını ifşa edərək onlara layiqli cavab verir.