Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranın baş prokurorundan Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama
“Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib”.
“Report”un xəbərinə görə, bunu İran İslam Respublikasının baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.
O, əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu qeyd edib.
İranın baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
"İran" teqi üzrə xəbərlər
- Paşinyan: "Biz Azərbaycanla normallaşma üçün konstruktiv həllər təklif etmişik"
- İranda təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var
- İran parlamentinin nümayəndə heyəti saxta "erməni soyqırımı" abidəsini ziyarət edib
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı