Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranın beynəlxalq hüquqa xəyanəti - VİDEO
“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir”.
Bunu deputat Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, belə bir hüquqi nəticə ilk növbədə dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən, həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur.
“İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən, yerləşmə dövləti diplomatik nümayəndəliyin binalarının və diplomatik agentlərin şəxsiyyətinin toxunulmazlığını və onların hər cür hücumlardan, yaxud zərər vurulmasından qorunmasını təmin etməlidir və konvensiyanın 22-ci maddəsinə əsasən, qeyd edilənlər yerləşmə dövlətinin xüsusi vəzifəsidir”, - deyə millət vəkili əlavə edib.
N.Səfərov vurğulayıb ki, artıq törədilmiş cinayətin istintaqına başlanılıb və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur.
Daha ətraflı Baku TV-nin süjetində:
"İran" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- İranda rusiyalı sürücü öldürülüb
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi