İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.
Oxu.Az Milli.Az istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Mənbənin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.
Bununla bağlı, hələ ki, Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.(Trend)