İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən qurumun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Xalq şairi Məmməd Arazın şeirindən misralar səsləndirib.
Oxu.Az xəbər verir ki, o, Xalq şairinin bu misralarından çox təsirləndiyini deyib:
"Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!"
Məhəmməd Süleyman Əl-Casir bildirib ki, bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir:
"Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir".
Qaynar xətt:
(055) 224 12 12