Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrail sürətlə irəliləyir: Rusiyanı gözləyən təhlükə
"Yaxın Şərqdə baş verənlər - İsrailin daha da irəli gedərək, artıq Livanda əməliyyatlar həyata keçirməsi, əslində, ABŞ və İran rejimi arasında gizli razılıqların nəticəsidir".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib. O qeyd edib ki, İran daxildən müəyyən agentura şəbəkəsi ilə ələ keçirilmək üzərədir:
"İranın onlara güvənərək, Yaxın Şərqdə İsrail üzərində təzyiq rıçaqlarını əlində tutduğu proksi qüvvələri içərisində ciddi şəkildə müəyyən tədbirlərlə parçalanma işləri həyata keçirilir. Əslində, İranın daxilində də çox ciddi rezonans doğuran əməliyyatların həyata keçirilməsi İran rejimi üçün "sonun başlanğıcıdır" mesajı oldu. Hətta bəziləri İranın keçmiş prezidentinin helikopter qəzasında deyil, sui-qəsd nəticəsində həyatını itirdiyini dilə gətirib".
T.İbrahimov, həmçinin bildirib ki, İran və ABŞ arasında gizli danışıqların nəticəsində hədəf olan önəmli şəxslərin İsrail tərəfindən məhv edilməsinin asanlaşması ortaya çıxır:
"Çoxlu sayda bununla bağlı danışan, arqumentlər ortaya qoyan analitiklər, mütəxəssislər var. Bu, nəticə etibarilə məntiqli görsənir. Ümumilikdə bu və digər məqamlara baxanda İran rejimi hakimiyyətdə qalmaq üçün yavaş-yavaş özünün "Şiə ayparası" strategiyasından da geri çəkilir, proksi qüvvələrini qurban verərək, özünü qorumağa çalışır, bununla birlikdə ABŞ ilə gizli müttəfiq kimi fəaliyyət göstərir. ABŞ İsrail vasitəsilə bu ölkənin strateji hədəflərini gerçəkləşdirməklə, həm də Rusiyanın əleyhinə Yaxın Şərqdə bir prosesə başlayıb".
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - Detallar açıqlandı
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda