İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Türk Dünyası İşçi Qrupu Forumu işinə başlayıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir TDT-yə üzv dövlətlərin və müşahidəçi ölkə rəsmilərinin iştirakı ilə baş tutur.
Forumda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev təmsil edir.
İki gün davam edəcək forumda TDT-yə üzv və müşahidəçi dövlətlərin azad ticarət və iqtisadiyyat məsələləri müzakirə olunacaq.
12:19
Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başlayıb.
“Report”un Türkiyə Bürosu xəbər verir ki, TDT-nin İqtisadiyyat və ticarətdən məsul nazirləri, nazir müavinləri və digər vəzifəli şəxslər, eləcə də türk dövlətlərindən olan ekspertlər toplantının gündəmində duran məsələləri müzakirə edəcəklər.
Tədbirdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev də iştirak edir.
Müzakirələrdən sonra bəyanat imzalanacaq.
