Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

KİV: "İsrailin yeni səfirinin Bakıya gələcəyi tarix açıqlandı"
İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azerbaijani-İsraeli Allance Global News"a diplomatik mənbədən bildirilib.
"İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək", - portalın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunmuşdu.
"İsrailin Azərbaycandakı səfirliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar