Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kliçko: “Bakı-Kiyev münasibətləri daha da gücləndirilməlidir”
Bakı və Kiyev şəhərləri arasında tərəfdaşlıq münasibətləri daha da gücləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə Kiyev şəhər meri Vitali Kliçko söyləyib.
Mer bildirib ki, Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri inkişaf edir. O, Azərbaycan dövlətinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə, eləcə də daimi humanitar yardıma görə təşəkkür edib.
Səfir Seymur Mərdəliyev isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz dost Ukraynaya humanitar yardımlarını davam etdirir, o cümlədən Ukraynanın enerji davamlılığına öz töhfəsini verir.
Görüşdə Azərbaycan-Ukrayna əməkdaşlığının dərinləşdirilməsi, eləcə də qardaş şəhərlər - Bakı və Kiyev arasında tərəfdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib
- Siyarto: "Ukraynanın dron hücumu Macarıstanın suverenliyinə hücumdur"
- ABŞ Zelenskinin potensial varisləri kimi kimləri görür?
- Rubio Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü barədə: "Zelenski olmayacaq"
- Ukraynanın Səudiyyə Ərəbistanında amerikalılara edəcəyi təkliflər açıqlandı